Yuxarı

Vilnüsdə “Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında” adlı kitabın təqdimatı keçirilib

Kitab Litva Geosiyasət Araşdırmalar Mərkəzi tərəfindən litva və ingilis dilində nəşr olunub

Bakı. 30 noyabr. REPORT.AZ/ Vilnüs şəhərində Litva Geosiyasət Araşdırmalar Mərkəzinin (GAM) “Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında” adlı kitabının təqdimatı keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən “Report”a verilən məlumata görə, kitab litva və ingilis dillərində nəşr edilib.

Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərinə, beynəlxalq hüququn Ermənistan tərəfindən kobud şəkildə pozulmasına və münaqişənin sülh yolu ilə həlli variantlarına toxunulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi