Vilnüsdə 28 May - Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilir

Vilnüsdə 28 May - Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilir Litvanın Vilnüs şəhərində Azərbaycanın Litvadakı Səfirliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilir.
Xarici siyasət
30 May , 2023 20:46
Vilnüsdə 28 May - Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilir

Litvanın Vilnüs şəhərində Azərbaycanın Litvadakı Səfirliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilir.

"Report"un Vilnüs müxbirinin verdiyi məlumata görə, tədbir Azərbaycan və Litva himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev çıxış edərək 1918-ci ildə Azərbaycanın şərqdə qurulan ilk demokratik, sekulyar respublika olmasına diqqət çəkib. Həmçinin Azərbaycanın nəinki şərqdə, hətta dünyada qadınlara səsvermə hüququ tanıyan ilk ölkələr sırasında yer aldığını qeyd edib.

T.Qarayev eyni zamanda Azərbaycanın 1991-ci ildə Sovet İttifaqının dağılması ilə müstəqilliyini bərpa etməsindən, Ermənistanın Azərbaycanın 20 faiz ərazisini həmin qarışıqlıq dövründə işğal etməsindən və nəhayət, 30 il sonra - 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ilə torpaqlarımızı düşmən tapdağından azad etməsindən də söz açıb.

Azərbaycan-Litva münasibətlərinin enerji sektoru daxil olmaqla bir çox sahələrdə inkişafından da söz açan səfir Azəebaycanın xarici işlər naziri Ceyhun Bayramov və Prezident İlham Əliyevin may ayında Litvaya səfərinin, həmçinin Litva parlamenti nümayəndələrinin Qarabağa səfərinin əhəmiyyətini vurğulayaraq ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını bildirib.

Qeyd edək ki, tədbirdə xüsusi qonaq qismində Milli Məclisin deputatları Nəsib Məhəməliyev və Rasim Musabəyov da iştirak ediblər. Bundan başqa, qonaqlar arasında Litva xarici işlər nazirinin müavini Mantas Adomenas, Kazys Starkeivicius daxil olmaqla Litva parlamentinin bir sıra nümayəndələri, Türkiyənin Litvadakı Səfirliyinin təmsilçiləri, Moldovanın Litvadakı səfiri Emil Druc və digər bir sıra ölkələrin səfirləri və nümayəndələri yer alıb.

Son xəbərlər

Orphus sistemi