Vilayət Quliyev: "Etimadı doğrultmaq bundan sonra da həyatımın ümdə məqsədi olacaq"

Vilayət Quliyev: "Etimadı doğrultmaq bundan sonra da həyatımın ümdə məqsədi olacaq" "Dövlət başçısının və hər bir vətəndaşımızın etimadını doğrultmaq, qüvvəm və imkanım daxilində sevimli Vətənimizə xidmət etmək bundan sonra da həyatımın ümdə məqsədi olacaq".
Xarici siyasət
5 May , 2022 11:43
Vilayət Quliyev: Etimadı doğrultmaq bundan sonra da həyatımın ümdə məqsədi olacaq
Vilayət Quliyev

"Dövlət başçısının və hər bir vətəndaşımızın etimadını doğrultmaq, qüvvəm və imkanım daxilində sevimli Vətənimizə xidmət etmək bundan sonra da həyatımın ümdə məqsədi olacaq".

"Report" xəbər verir ki, bunu ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alan Vilayət Quliyev bildirib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük etimad göstərərək 4 may 2022-ci il tarixli sərəncamı ilə məni ölkəmizin Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edib. Bu münasibətlə tanıdığım və tanımadığım yüzlərlə insan sosial şəbəkə vasitəsi ilə təbriklərini çatdırıb, gələcək fəaliyyətimlə bağlı xoş arzularını bildirib. Hər kəsə səmimi təşəkkürümü, minnətdarlığımı yetirirəm", - o əlavə edib.

Qeyd edək ki, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

V.Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-da Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi