Viktor Orban: Sanksiyalar Avropa iqtisadiyyatının təməlini sarsıdıb
- 20 may, 2025
- 15:09
Sanksiyalar Avropa iqtisadiyyatının və bazarının təməlini sarsıdıb.
“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, mütəmadi olaraq Macarıstan enerji böhranı yaşayır:
“Bizim vəziyyətimizi yaxşılaşdıran Rusiya ilə bu sahədə əməkdaşlığı tam sonlandırmamağımız olub. Həmçinin türk dövlətləri olmasa, bizim enerji təhlükəsizliyimizi təmin etmək çətin olardı. Qonşumuzda üç ildir müharibə davam edir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Macarıstana dəymiş ziyanın məbləği 20 milyard avrodan çox olub. Təəssüflər olsun ki, Avropa İttifaqı müharibənin davam etdirilməsini seçib. Avropa iqtisadiyyatı mürəkkəb vəziyyətdədir”.