Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırım. Macarıstan ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq nümunəvi xarakter daşıyır, həmçinin iqtisadi və siyasi əlaqələrimizin fasiləsiz inkişafı ilə dəstəklənir.
Mən şadam ki, bu ilin yanvarında biz ölkələrimiz arasında əlaqələri genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq.
Sizi əmin edə bilərəm ki, Macarıstan hökuməti Azərbaycan Respublikası ilə həm ikitərəfli, həm də Türk dövlətlərinin əməkdaşlığı çərçivəsində çoxşaxəli əsasda əlaqələrin daha da inkişafı üçün səy göstərməyə sadiqdir. Əminəm ki, məhsuldar əməkdaşlığımız hər iki ölkənin vətəndaşlarının rifahına xidmət edəcək.
Sizə möhkəm cansağlığı və məsul vəzifənizdə yeni uğurlar arzu edirəm".