"Azərbaycanın digər ölkələrə yardımı pandemiya ilə mübarizədə əməkdaşlıqdan və həmrəylikdən xəbər verir".
“Report” xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa bildirib.
“Bu gün çıxışı zamanı Prezident də hazırda dünyada baş verən proseslərdə, məsələn, Qlazqoda keçirilən iqlim konfransı kimi beynəlxalq səylərə dəstək verilməsinin vacibliyini vurğuladı.
Bu gün işə başlamış Bakı Qlobal Forumunda çıxış edən vacib şəxslər, o cümlədən ÜST və BVF rəhbərləri Azərbaycanın pandemiya ilə mübarizədə verdiyi töhfənin, o cümlədən pandemiya dövründə dəstəyə ehtiyac duyan ölkələr üçün maliyyə yardımının ayrılmasının əhəmiyyətini vurğuladılar.
Bu yardım pandemiya ilə mübarizədə əməkdaşlıqdan və həmrəylikdən xəbər verir”, - Vayra Vike-Freyberqa deyib.