Fransada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Fransada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb Fransanın Strasburq şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirilib.
Xarici siyasət
28 Sentyabr , 2021 04:09
Fransada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Fransanın Strasburq şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkil etdiyi tədbirdə yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvləri, eləcə də Türkiyə Böyük Millət Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Ahmet Yıldız, habelə Türkiyənin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Kaan Esener də iştirak ediblər.

Tədbirdə əvvəlcə iştirakçılar tərəfindən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Türkiyənin AŞPA-da nümayəndə heyətinin rəhbəri Əhməd Yıldız və Milli Məclisin üzvü Rafael Hüseynov bir il öncə, 27 sentyabrda başlamış Vətən müharibəsi ilə bağlı fikirlərini bölüşüblər. Onlar xüsusilə Azərbaycan Respublikasının Ali Baş komandanı, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında, Silahlı Qüvvələrin şücaəti və rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad olunmasını xalqımızın tarixi zəfəri olduğunu vurğulayıblar.

Tədbirdə çıxış edən hüquq elmləri doktoru, Strasburq Vəkillər Birliyinin üzvü Jan-Emanuel Medina 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan Respublikasının üzləşdiyi işğal faktına beynəlxalq təsisatlar tərəfindən verilən hüquqi dəyərləndirmələr barədə danışıb. O, Azərbaycanın işğal olunmuş torpaqlarının Vətən müharibəsi nəticəsində azad olunmasının ölkəmizin beynəlxalq hüquqdan irəli gələn haqq işi olduğunu söyləyib və bu tarixi hadisəni ədalətin bərpası kimi gördüyünü ifadə edib.

Tədbirin sonunda Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində kütləvi informasiya vasitələrində yayılmış görüntülərdən ibarəət qısa film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi