"Versiya": "Tarixdə qara gün - Xocalı faciəsindən 30 il ötür"

"Versiya": "Tarixdə qara gün - Xocalı faciəsindən 30 il ötür" Rusiyanın “Versiya” saytı Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı məqalə dərc edib
Xarici siyasət
26 Fevral , 2022 15:41
Versiya: Tarixdə qara gün - Xocalı faciəsindən 30 il ötür

Rusiyanın “Versiya” saytı Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı məqalə dərc edib.

“Report” xəbər verir ki, məqalədə Xocalı faciəsinə gətirib çıxaran səbəblər, habelə soyqırımına dair faktlar və nəticələri barədə məlumat verilib.

Bildirilib ki, dünya tarixində bəşəriyyətə qarşı cinayətlərin çoxlu nümunələri var:

“Volın, Babi Yar və Xatın adları insanlığa qarşı cinayət nümunələri kimi, demək olar ki, hər kəsə tanışdır. Onlarla eyni sırada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçilərinin işğalı zamanı yüzlərlə dinc sakin illər boyu qonşuluqda yaşadıqları insanların əlindən həlak olublar. 2022-ci ildə Xocalı qətliamının 30-cu ildönümü tamam olur”.

Nəşr qeyd edib ki, Xocalı hadisələrini təkcə Azərbaycanın deyil, bütün dünyanın bilməsi və xatırlaması çox vacibdir:

“Bu həm də onun üçün lazımdır ki, insanlar tolerantsızlığın və ifrat millətçiliyin təzahürlərinin nə ilə nəticələnəcəyini anlasınlar. Xatirə ksenofobiya ilə mübarizədə ən yaxşı vasitədir və yalnız onun sayəsində gələcəkdə belə qanlı faciələrin qarşısını almaq olar”.

Vurğulanıb ki, Azərbaycanın bir çox şəhərlərində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidələr ucaldılıb:

“2008-ci ildə Haaqada bir memorial ucaldılıb, sonra Berlin, Sarayevo, Mexiko və ondan kənarda abidələr açılıb. Ankaranın hətta bütöv bir memorial kompleksi - “Xocalı abidəsi və Xocalı Muzeyi” var, Türkiyənin Aydın şəhərində də bu hadisələrə həsr olunmuş park və “Qarabağ” parkı açılıb. Faciə ədəbiyyatda da öz əksini tapıb: Tomas de Vaal (“Qara bağ”) və Yuri Romanov (“Mən müharibəni çəkirəm”) öz kitablarında bu haqda danışıblar".

Son xəbərlər

Orphus sistemi