Veronika Nikişina: “Azərbaycan və Rusiya əməkdaşlığının böyük artım potensialı var”

Veronika Nikişina: “Azərbaycan və Rusiya əməkdaşlığının böyük artım potensialı var” "Azərbaycan və Rusiya arasında münasibətlər çox yaxşı inkişaf edir və bu əməkdaşlığının böyük artım potensialı var".
Xarici siyasət
17 Noyabr , 2021 11:07
Veronika Nikişina: “Azərbaycan və Rusiya əməkdaşlığının böyük artım potensialı var”

"Azərbaycan və Rusiya arasında münasibətlər çox yaxşı inkişaf edir və bu əməkdaşlığının böyük artım potensialı var".

“Report” xəbər verir ki, bunu Rusiya İxrac Mərkəzinin (RİM) Baş direktoru Veronika Nikişina şəhər Rusiya şirkətlərinin infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

O, hazırda iki ölkə arasında mal dövriyyəsi həcminin 2 milyard ABŞ dolları təşkil etdiyini, lakin bu göstəricilərin artacağını qeyd edib.

RİM-in Baş direktoru ölkələrin gələcək əməkdaşlığı inkişaf etdirmək üçün imkana malik olduğunu bildirib: “Hər iki tərəfin marağının olduğunu görürük”.

Onun sözlərinə görə, Rusiya şirkətlərinin Bakıya səfəri çərçivəsində 150-dən çox işgüzar görüşün keçirilməsi planlaşdırılıb: “Biz sistemli, qarşılıqlı fayda kəsb edən əməkdaşlığa köklənmişik və bunun üçün bütün arsenalımızdan istifadə ediləcək”.

Son xəbərlər

Orphus sistemi