Venesuela prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Venesuela prezidenti Azərbaycana rəsmi səfərə gəlib Nikolas Maduronu hava limanında Baş nazirin birinci müavini və digər rəsmi şəxslər qarşılayıblar
Xarici siyasət
21 Oktyabr , 2016 20:17
Venesuela prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Venesuela Prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi