Venesiya Komissiyası Azərbaycana səfərini təxirə salınmasının səbəbini açıqlayıb

Venesiya Komissiyası Azərbaycana səfərini təxirə salınmasının səbəbini açıqlayıb Buna baxmayaraq, Azərbaycanın QHT haqqında qanunvericiliyə etdiyi dəyişikliklər üzrə rəy layihəsi plenar sessiyada təqdim olunacaq
Xarici siyasət
112
14 Noyabr , 2014 10:02
Venesiya Komissiyası Azərbaycana səfərini təxirə salınmasının səbəbini açıqlayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Avropa Şurası Venesiya Komissiyası (AŞ VK) nümayəndə heyətinin Azərbaycana səfəri texniki səbəblərdən təxirə salınıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Venesiya Komissiyasının mətbuat xidmətindən bildirilib.

Bununla belə, mətbuat xidmətindən bildirilib ki, səfərin təxirə salınmasına baxmayaraq, Azərbaycanın QHT haqqında qanunvericiliyə etdiyi dəyişikliklər üzrə rəy layihəsi qəbul olunması üçün dekabr ayında plenar sessiyada təqdim olunacaq.

Qeyd edək ki, Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti noyabr ayının 13-14-də Azərbaycana səfər etməyi planlaşdırırdı. Səfərdə məqsəd bu yaxınlarda Azərbaycanın QHT haqqında qanunvericiliyə etdiyi dəyişikliklərlə bağlı rəy hazırlanması idi. 

Son xəbərlər

Orphus sistemi