Venesiya Komissiyası Azərbaycana səfərini təxirə salınmasının səbəbini açıqlayıb
Xarici siyasət
- 14 noyabr, 2014
- 06:02
Bakı. 14 noyabr. REPORT.AZ/ Avropa Şurası Venesiya Komissiyası (AŞ VK) nümayəndə heyətinin Azərbaycana səfəri texniki səbəblərdən təxirə salınıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Venesiya Komissiyasının mətbuat xidmətindən bildirilib.
Bununla belə, mətbuat xidmətindən bildirilib ki, səfərin təxirə salınmasına baxmayaraq, Azərbaycanın QHT haqqında qanunvericiliyə etdiyi dəyişikliklər üzrə rəy layihəsi qəbul olunması üçün dekabr ayında plenar sessiyada təqdim olunacaq.
Qeyd edək ki, Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti noyabr ayının 13-14-də Azərbaycana səfər etməyi planlaşdırırdı. Səfərdə məqsəd bu yaxınlarda Azərbaycanın QHT haqqında qanunvericiliyə etdiyi dəyişikliklərlə bağlı rəy hazırlanması idi.
Son xəbərlər
21:03
Tramp İranla danışıqların təfərrüatlarını açıqlayıb
Digər ölkələr20:52
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib
Futbol20:48
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər
Hərbi20:46
Tramp: ABŞ Ukraynadakı münaqişəni dayandırmaq üçün işləri davam etdirir
Digər ölkələr20:32
Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib
Hadisə20:18
Abbas Əraqçi Moskvada Putinlə görüşəcək
Region20:09
Foto
Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Xarici siyasət19:59
Avarçəkənlərimiz "Paolo d"Aloja" turnirində iki medal qazanıb
İdman19:57