Vəkillər Kollegiyası "Report"un əməkdaşlarını mükafatlandırıb
- 22 iyul, 2022
- 08:40
Yeniliklərdən dərhal xəbərdar olun!
22 iyul - Millli Mətbuat Günü münasibətilə Vəkillər Kollegiyası tərəfindən media nümayəndələri ilə görüş keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Gənclər Fondunun rəhbərliyi, təhsil ocaqlarının rəhbərləri, ekspertlər, vəkil qurumlarının rəhbərləri, deputatlar, həmçinin KİV təmsilçiləri iştirak ediblər.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərin fəaliyyətini, əməyini, dövlət və xalq yolundakı fədakarlıqlarını yüksək qiymətləndirərək peşə bayramlarını təbrik edib.
Daha sonra Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistə Vəkillər Kollegiyasının ictimai fəaliyyətinin işıqlandırılmasına və vətəndaşların hüquqi maarifləndirilməsinə verdiyi töhfəyə görə fəxri fərmanlar təqdim olunub.
Mükafatlandırılanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşları - Orxan Rasifoğlu, Şəfiqə Nazimqızı və Samirə Həsənova da var.