XİN başçısının müavini: "Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı potensial var"

XİN başçısının müavini: "Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı potensial var"
Xarici siyasət
532
1 İyun , 2020 16:58
XİN başçısının müavini: Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı potensial var
0 : 00
0 : 00

“Pandemiya dövründə Azərbaycan Ukraynaya böyük dəstək göstərdi. Bu diqqət üçün Azərbaycana və onun rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Bu, bizim ikitərəfli münasibətlərimizin inkişafında mühüm əlamətlərdən biridir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar bildirib.

O qeyd edib ki, Ukrayna Azərbaycanla əlaqələrə çox əhəmiyyətli dərəcədə önəm verir: 

“Prezident Vladimir Zelenskinin Bakıya səfəri, Prezident İlham Əliyevlə müzakirələri müsbət nəticələr ortaya çıxarmaqdadır. Mən əminəm ki, bu ab-hava iki ölkə arasında əlaqələrin gələcək səmərəli inkişafına da böyük töhfələr verəcək. Bizim bu yaxınlarda Azərbaycanın Ukraynaya yeni təyin olunmuş Elmira Axundova ilə də görüşümüz oldu. İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə start verilməsi barədə də razılığa gəldik. Biz beynəlxalq səviyyədə qarşılıqlı dəstəklər ifadə edirik. Hesab edirəm ki, Ukrayna-Azərbaycan münasibətlərinin istənilən səviyyədə daha da yüksəlməsi üçün xeyli potensial var”, - nazir müavini bildirib.