Bakı. 12 aprel. REPORT.AZ/ Varşavada "Vişeqrad dördlüyü" və Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinin XİN başçılarının iclası başlayıb.
"Report" xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Görüşdə bu iki təşəbbüsün iştirakçı ölkələri arasındakı əlaqələrin, gələcək fəaliyyət istiqamətinin planının, o cümlədən əvvəlki görüşlərdə qəbul edilən qərarların nəticələrinin müzakirə ediləcəyi planlaşdırılır.