Yuxarı

Vaqif Sadıqov etimadnaməsini BMT-nin Cenevrə Bölməsinin baş direktoruna təqdim edib

M.Möller Azərbaycanın BMT-nin Cenevrə Bölməsi arasında əlaqələrin inkişaf etdirilməsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov etimadnaməsini BMT-nin Cenevrə Bölməsinin baş direktoru Maykl Möllerə təqdim edib.

Azərbaycan XİN-dən “Report”a verilən məlumata görə, görüşdə V.Sadıqov bildirib ki, BMT-nin Cenevrə Bölməsinin ixtisaslaşdığı sahələr – insan hüquqlarının müdafiəsi, humanitar məsələlər və fövqaladə yardım, çoxtərəfli iqtisadi-ticarət əlaqələri və beynəlxalq təhlukəsizlik problemləri Azərbaycanın uğurla həyata keçirdiyi daxili və xarici siyasətinin vacib tərkib elementlərini təşkil edir.

Səfir bir sıra vacib sahələrdə, xüsusilə dözümlülük, multikulturalizm, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb. 

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıdığını vurğulayıb, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə istinad edərək, BMT-nin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, M.Möller bildirib ki, BMT-nin Cenevrə Bölməsi BMT çərçivəsində qəbul olunmuş Davamlı İnkişaf Məqsədləri programının həyata keçirilməsi prosesində mühüm rol oynayacaq və BMT üzv olkələri ilə əlbir işləməyə hazırdır. 

Görüşün sonunda M.Möller Azərbaycanın BMT-nin Cenevrə Bölməsi arasında əlaqələrin inkişaf etdirilməsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi