Yuxarı

Uzaq Şərqdə batan balıqçı gəmisinin göyərtəsində 7 azərbaycanlı olub - SİYAHI

132 ekipaj üzvündən 54 nəfəri ölüb

Bakı. 2 aprel . REPORT.AZ/ Kamçatka sahillərində Oxot dənizində qəzaya uğrayan "Dalni Vostok" balıqçı gəmisinin göyərtəsində 7 azərbaycanlı da olub.

Rusiya FHN regional idarəsindən "Report"a bildiriblər ki, ekipaj üzvləri arasında Səfərov Məhəmməd Səfər oğlu (18.02.1964), Sadiqov İmadəddin Hidayət oğlu (Naxçıvan sakini, 23.02.1969), Talıbov Mailağa Ulduz oğlu (28.12.1964), Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987), Əliyev Elman Fərqan oğlu (17.10.1964), Əliyev Cəfər Fərqan oğlu (13.03.1975), Səfərov Fazil Hilal oğlu (23.10.1959) olub.

Onların hamısı Rusiya vətəndaşlarıdır.

"Onlar göyərtədə olub, lakin hazırda həmin insanların taleyi haqqında heç bir  məlumat yoxdur", - Rusiya FHN regional idarəsindən bildiriblər.

Son məlumata görə, balıqçı gəmisinin göyərtəsində olan 132 ekipaj üzvündən 117 nəfəri sudan çıxarılıb (54 ölü). Xilas edilən 63 ekipaj üzvü Maqadana göndəriləcək. Xilas olanların çoxunda soyuq suda uzun müddət qalmaları səbəbindən donvurma baş verib.

15 balıqçının taleyi hələ də məlum deyil. Xilasetmə əməliyyatı hazırda davam edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi