ÜTT Azərbaycanın ticarət rejiminin təşkilatın normalarına çatdırılması addımlarını alqışlayıb

ÜTT Azərbaycanın ticarət rejiminin təşkilatın normalarına çatdırılması addımlarını alqışlayıb Valter Verner Azərbaycanın ÜTT-yə daxil olması üzrə danışıqlar prosesini intensivləşdirməyə çağırıb
Xarici siyasət
25 İyul , 2016 16:03
ÜTT Azərbaycanın ticarət rejiminin təşkilatın normalarına çatdırılması addımlarını alqışlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə işçi qrupun rəhbəri Valter Verner (Almaniya) ticarət rejiminin təşkilatın normalarına çatdırılması üzrə ölkənin atdığı addımlarını alqışlayıb.

"Report" ÜTT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ÜTT-yə daxil olması üzrə danışıqların növbəti raundunda bildirilib. 

Valter Verner həmçinin Azərbaycan və ÜTT üzvlərini  danışıqlar prosesini intensivləşdirməyə çağırıb.

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkə iqtisadiyyatının şaxələndirilməsi və enerji daşıyıcıların qiymətinin azalması ilə bağlı çağırışlara yönələn Milli Strateji yol xəritəsinin qəbul olunması haqqında məlumat verib.  İşçi qrupun üzvləri Azərbaycanın yaxın zamanlarda danışıqları başa vuracağına ümidvar olduqlarını bildiriblər. 

Xatırladaq ki, Azərbaycanın ÜTT-yə daxil olmasının növbəti raundu bu il iyulun 19-23-də Cenevrədə keçirilib. 

Son xəbərlər

Orphus sistemi