ÜST Azərbaycana təşəkkür edib
Xarici siyasət
- 25 noyabr, 2021
- 11:40
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge ilə görüşüb.
"Report" xəbər verir ki, H.Klüge koronavirus pandemiyası ilə apardığı mübarizəyə görə Azərbaycana təşəkkür edib.
O bildirib ki, Azərbaycan COVID-19-la bağlı mübarizədə dünya ölkələri arasında ilk sıradadır.
S.Qafarova qarşı tərəfə Azərbaycanın COVID-19 infeksiyasının aşkar edildiyi ilk günlərdən bu bəlaya qarşı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.
Milli Məclisin sədri Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəyə və beynəlxalq təşəbbüslərə dəstəyi haqqında da danışıb. O bildirib ki, rəsmi Bakı COVID-19-la mübarizə sahəsində beynəlxalq səylərə sanballı töhfələr verib.
Son xəbərlər
09:17
Belqorod vilayətinə raket hücumu nəticəsində 6 nəfər həlak olub
Region09:09
AQP: İyulda avtomobillər 5 % ucuzlaşıb
İnfrastruktur09:07
Premyer Liqada I tura bu gün yekun vurulacaq
Futbol09:07
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
Hadisə09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.08.2026)
Maliyyə09:00
"Azpetrol" şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 110-a çatdırdı
Biznes08:53
Hindistanda məbəddə izdiham zamanı yeddi nəfər ölüb, onlarla insan xəsarət alıb
Digər ölkələr08:31
Foto
Video
DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Hərbi08:13
Foto