“Azərbaycan Cənubi Qafqazda ticarət və logistika habına çevrilib”.
Bunu “Report”a müsahibəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx bildirib.
“Neft və qaz da daxil olmaqla malik olduğu resursları ilə Azərbaycan region üçün nümunəvi ölkəyə çevrilə bilər. Prezident regional iqtisadi inteqrasiya məsələsində əla baxışa malikdir və biz bu yanaşmanı dəstəkləmək üçün yollar tapmaq istərdik. Regional proqramlarda hökuməti dəstəkləməyə hazırıq. Azərbaycanı çox mühüm tərəfdaş və regionda təhlükəsizliyin dayağı hesab edirəm. Azərbaycanın oynadığı rol regionun təhlükəsizliyi və sabitliyi baxımından çox əhəmiyyətlidir”.
Müsahibənin tam versiyası bu keçiddə tanış ola bilərsiniz.