Uqanda parlamentinin üzvü: “Şadam ki, Azərbaycan Prezidenti QH-də öz liderliyini nümayiş etdirdi”

Uqanda parlamentinin üzvü: “Şadam ki, Azərbaycan Prezidenti QH-də öz liderliyini nümayiş etdirdi” “Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatında (QH) öz liderliyini nümayiş etdirdi, onun daha sıx təşkilata çevrilməsi və parlamentarilərin öz fikirlərini bölüşə biləcəyi QH Parlament Şəbəkəsinin yaradılması üçün səy göst
Xarici siyasət
1 İyul , 2022 17:39
Uqanda parlamentinin üzvü: “Şadam ki, Azərbaycan Prezidenti QH-də öz liderliyini nümayiş etdirdi”

“Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatında (QH) öz liderliyini nümayiş etdirdi, onun daha sıx təşkilata çevrilməsi və parlamentarilərin öz fikirlərini bölüşə biləcəyi QH Parlament Şəbəkəsinin yaradılması üçün səy göstərdi”.

Bunu “Report”a Uqanda parlamentinin üzvü Aleks Ruhunda bildirib.

“Bu konfransda son dərəcə mühün qətnamələr qəbul olundu. Bu sənədlər üzv ölkələrin QH çərçivəsində həmrəyliyin möhkəmləndirilməsinə tərəfdar olduqlarını göstərir. Bu, digər tərəfdən, bizim daha əsrlər boyu dünya siyasətində dominantlıq edən inkişaf etmiş ölkələrdən asılı olmayacağımızı göstərir”, - o deyib.

Uqanda parlamentinin üzvü böyük dövlətlərin öz maraqları uğrunda çalışdıqlarını vurğulayaraq əlavə edib ki, hərəkata üzv ölkələr ümumi rifah naminə birlikdə olmalıdır.

Parlament üzvü Azərbaycan və Uqanda arasında əməkdaşlıq perspektivlərinə də toxunub.

“Azərbaycan ilə daha sıx ikitərəfli münasibətlər qurmalıyıq. Biz Azərbaycan qəhvə ixrac edirik. İki ölkə arasında ticarət əlaqələri genişləndirilməlidir”, - Aleks Ruhunda deyib.

Son xəbərlər

Orphus sistemi