UNİSEF nümayəndəsi: "Azərbaycan gənclər siyasəti üzrə magistr proqramının icra olunduğu ilk ölkədir"

UNİSEF nümayəndəsi: "Azərbaycan gənclər siyasəti üzrə magistr proqramının icra olunduğu ilk ölkədir" Azərbaycanda “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın icrasına başlanılıb.
Xarici siyasət
17 Oktyabr , 2019 13:18
UNİSEF nümayəndəsi: Azərbaycan gənclər siyasəti üzrə magistr proqramının icra olunduğu ilk ölkədir

Azərbaycanda “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın icrasına başlanılıb.

“Report” xəbər verir ki, UNİSEF ilə Gənclər və İdman Nazirliyi tərəfindən 6 ali məktəbin dəstəyi ilə hazırlanmış proqram gənclər siyasəti və idarəçiliyi sahəsində mütəxəssis hazırlığını, gənclər sahəsindəki fəaliyyətə dair vahid standartların tətbiqini nəzərdə tutur. Proqram hazırlanarkən Avropa ölkələri, ABŞ, Avstraliya, Rusiya təcrübəsindən yararlanılıb, icra olunması ilə bağlı konkret tələbləri müəyyənləşdirmək üçün geniş araşdırmalar aparılıb.

Proqramın təqdimatında görülən işləri yüksək qiymətləndirən Gənclər və İdman naziri Azad Rəhimov 1994-cü ildən etibarən ölkədə geniş gənclər siyasəti həyata keçirildiyini, 2011-ci ildə Gənclər Fondu yaradıldığını diqqətə çatdırıb. Bütün bunların nəticəsində gənclərin yüksək fəallıq göstərdiklərini, hazırda ölkədə 300-dək gənclər təşkilatının fəaliyyət göstərdiyi bildirilib.

UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Eduard Karvardin deyib ki, Azərbaycan sözügedən proqramın icra olunduğu ilk 10 ölkədən biri, Cənubi Qafqaz və Orta Asiya ölkələrindən isə birincisidir: “Bu, gənclərin, bütövlükdə cəmiyyətin inkişafı baxımından çox vacibdir. Belə ki, gənclər ölkə əhalisinin üçdə birini təşkil edirlər. Gələcək mütəxəssislərin ölkə gəncliyi üçün həqiqi iş görməsi, onun inkişafına töhfə vermələri də çox mühümdür”.

Son xəbərlər

Orphus sistemi