Qebreyesus: Azərbaycanda həyata keçirilən səhiyyə islahatları təqdirəlayiqdir

Qebreyesus: Azərbaycanda həyata keçirilən səhiyyə islahatları təqdirəlayiqdir Azərbaycanda həyata keçirilən səhiyyə islahatları təqdirəlayiqdir.
Xarici siyasət
13 Mart , 2024 20:05
Qebreyesus: Azərbaycanda həyata keçirilən səhiyyə islahatları təqdirəlayiqdir

Azərbaycanda həyata keçirilən səhiyyə islahatları təqdirəlayiqdir.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

O, Azərbaycanda yaradılan icbari tibbi sığorta sisteminin müsbət proses olduğunu və onun yaxşı nəticələrinin artıq özünü göstərdiyini deyib.

Görüşdə COP çərçivəsində Azərbaycan ilə ÜST arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqlim dəyişmələrinin dünyada müxtəlif növ xəstəliklərin yayılmasına rəvac verdiyini və bilavasitə səhiyyə ilə bağlı olduğunu vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru bu sahədə də Azərbaycan ilə əməkdaşlıq məsələlərinə toxunub.

Son xəbərlər

Orphus sistemi