Yuxarı

Ukraynanın Azərbaycandakı səfiri illik ambassadorialda iştirak edir

Görüşdə çıxış edən XİN başçısı ölkənin xarici siyasətinin əsas prioritetlərini qeyd edib

Bakı. 22 avqust. REPORT.AZ/ Kiyevdə Ukraynanın xarici ölkələrdəki səfirlərinin illik toplantısı başlayıb.

"Report" xəbər verir ki, görüşdə çıxış edən Ukrayna xarici işlər naziri Pavel Klimkin ölkənin xarici siyasətinin əsas prioritetlərini qeyd edib.

Onun sözlərinə görə, Ukrayna diplomatiyası üçün prioritet Rusiya təcavüzünə qarşı mübarizə aparmaq və Aİ ilə vizasız rejim statusuna nail olmaqdır.

Qeyd edək ki, ambassadorialın işində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi