Ukraynalı deputat Naxçıvana dron hücumu haqqında: Bakının təhlükəsizliyi sabah Avropanın təhlükəsizliyidir

Xarici siyasət
  • 05 mart, 2026
  • 18:10
Ukraynalı deputat Naxçıvana dron hücumu haqqında: Bakının təhlükəsizliyi sabah Avropanın təhlükəsizliyidir

Bu gün İran dronlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu sadəcə adi hadisə deyil.

Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı Yuri Kamelçuk deyib.

O deyib ki, belə bir hal ukraynalılar üçün bu ağrılı dərəcədə tanış görünür:

"Hər gecə Kiyevi və Odessanı hədəf alan eyni İran texnologiyaları indi Qafqazda mülki obyektlərə - hava limanına və məktəbə zərbə endirir.

Bu geosiyasət və Ukrayna üçün niyə kritik əhəmiyyət daşıyır?"

O qeyd edib ki, İran "neytral oyunçu" maskasını tamamilə atıb dünyəvi, suveren dövlətə qarşı birbaşa təcavüzə keçdi. Deputat vurğulayıb ki, bu, dünyanın böyük müharibəyə diqqətini yönəltdiyi bir vaxtda Cənubi Qafqazı sabitsizləşdirmək üçün birbaşa cəhddir:

"İkincisi, bu Türkiyə üçün bir çağırışdır. Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan müttəfiqdir və onun təhlükəsizliyi Ankara üçün prioritetdir".

"Azərbaycana qarşı təcavüz Avropaya alternativ enerji marşrutlarına zərbə və cənub cinahlarımızda xaos yaratmaq cəhdidir. Ukrayna Azərbaycan xalqı ilə həmrəydir. Biz israr edirik: dünya İran təhdidini neytrallaşdırmaq üçün səylərini birləşdirməlidir, bu təhdid bütün Avrasiya qitəsini alovlandırmamışdan əvvəl. Bakının bu günkü təhlükəsizliyi sabah bütün Avropanın təhlükəsizliyidir", - Kamelçuk deyib.