"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqadakı ələmatdar görüşü uzun müddətdir ki, münaqişə şəraitində olan və hərbi toqquşmaların baş verdiyi iki ölkə arasında sülh istiqamətində atılmış addımdır".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın hakim "Xalqın xidmətçisi” partiyasından deputatı Yuriy Kamelçuk bildirib.
O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının vacibliyini vurğulayıb:
“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması məsələsinin bundan əvvəl əldə olunmuş razılaşmalar çərçivəsində həyata keçirilməsini istərdim”.
Yuriy Kamelçuk bölgədə insanların sülh şəraitində yaşamasına ümid etdiyini bildirib:
“Ümid edirəm ki, çətin şəraitdə, atışmaların baş verdiyi, bu gün də davam etdiyi ərazilərdə yaşayan dinc insanlar, adi vətəndaşlar sülh şəraitində yaşaya biləcək. Üstəlik, iki dövlətin sakit şəraitdə yaşayacağına, yaxşı qonşuluq münasibətləri quracağına, müharibə nəticəsində bu əraziləri tərk edən insanların doğma evlərinə qayıdacağına ümid edirəm”.