"Report" "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN mətbuat katibi Yevgeni Perebiynis açıqlama verib.
"Biz saytımızda tövsiyələrin yerləşdirilməsi haqqında Azərbaycan tərəfini məlumatlandıracağıq. Burada aydın şəkildə yazılıb ki, bu regionlara səfər etmək üçün mütləq Azərbaycan Respublikasının müvafiq orqanlarından icazə almaq lazımdır. Biz həmişə bütün jurnalistləri bu normalara riayət etməyə çağırırıq", - Perebiynis bildirib.
O qeyd edib ki, jurnalistlər Azərbaycan Respublikasının qaydalarını pozub, eləcə də Ukrayna XİN-in tövsiyələrinə məhəl qoymayıblar.
"Bu özəl kanaldır, biz əlbəttə ki, özəl kanallara hər hansı bir direktiv verə bilmərik. Lakin istənilən halda biz bütün jurnalistləri bu normalara riayət etməyə çağırırıq. Müvafiq olaraq, öz mövqeyimizi kanal rəhbərliyinə çatdıracağıq", - XİN nümayəndəsi əlavə edib.
Xatırladaq ki, Azərbaycanın Ukraynadakı səfirliyi "1+1" televiziya kanalının efirə verdiyi "15 respublika" verilişi ilə bağlı Ukrayna XİN-ə etiraz notası göndərib.