Ukrayna və Gürcüstan prezidentləri Azərbaycan dövlət başçısını təbrik edib

Ukrayna və Gürcüstan prezidentləri Azərbaycan dövlət başçısını təbrik edib "Bu xoş fürsətdən istifadə edərək, mən Sizi Gürcüstana rəsmi səfərə dəvət edirəm"
Xarici siyasət
24 Dekabr , 2014 17:44
Ukrayna və Gürcüstan prezidentləri Azərbaycan dövlət başçısını təbrik edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Ukrayna Prezidenti Pyotr Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

“Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Əminəm ki, Ukrayna-Azərbaycan münasibətlərinə daim xas olan ənənəvi qarşılıqlı anlaşma və etimad şəraiti bundan sonra da ölkələrimiz arasında konstruktiv əməkdaşlığın etibarlı əsası olacaq”.

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili də Azərbaycan Prezidentini təbrik edib.

Təbrik mətnində deyilir: “Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə uğurla inkişaf etməkdədir. Gürcüstan Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələri birgə səylərimiz nəticəsində xalqlarımızın qarşılıqlı faydası naminə gələcəkdə də davam edəcək və daha da güclənəcək.

Bu xoş fürsətdən istifadə edərək, mən Sizi Gürcüstana rəsmi səfərə dəvət edirəm. Sizi Tbilisidə səmimi qarşılamaq mənim üçün şərəf olardı. Əminəm ki, bu səfər 2014-cü ildə yeni təkan almış tərəfdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək.

Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

Son xəbərlər

Orphus sistemi