Ukraynanın Bakıdakı səfirliyi Krivoy Roqa hücum ilə əlaqədar xatirə kitabı açır
Ukraynanın Bakıdakı səfirliyi Krivoy Roqa hücum ilə əlaqədar xatirə kitabı açırUkrayna səfirliyi bu gün Ukraynanın şəhəri Krivoy Roqa raket hücumu və mülki əhalinin həlak olması, yaralanması ilə bağlı xatirə kitabı açır.
Ukraynanın Azərbaycandakı səfirliyi bu gün Krivoy Roq şəhərinə raket hücumu və mülki əhalinin həlak olması, yaralanması ilə bağlı xatirə kitabı açır.
“Report” xəbər verir ki, bu barədə səfir Yuri Qusev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Xatirə kitabı Ukraynanın Bakıdakı səfirliyində bu gün saat 14:00-dan 18:00-dək, sabah 12:00-dan 18:00-dək açıq olacaq. Bundan əlavə, emb_az@mfa.gov.ua elektron poçtu vasitəsilə başsağlığı verilə bilər", - paylaşımda qeyd edilib.
Our hearts ache for the victims in Kryvyi Rih and all lives lost daily by Russian aggression. The Book of Condolences will be open at the Embassy of Ukraine in Baku today 14:00-18:00, tomorrow 12:00-18:00, also by email: emb_az@mfa.gov.ua. We stand united. Light will prevail. pic.twitter.com/xX8wIQroPo