Ukrayna səfiri: Bakı ilə Kiyev arasındakı münasibətlər uzun tarixə bağlıdır

Ukrayna səfiri: Bakı ilə Kiyev arasındakı münasibətlər uzun tarixə bağlıdır Ukrayna ölkənin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirir.
Xarici siyasət
13 Sentyabr , 2019 02:10
Ukrayna səfiri: Bakı ilə Kiyev arasındakı münasibətlər uzun tarixə bağlıdır

Ukrayna ölkənin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirir.

"Report"un xəbərinə görə, bunu Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib.

"Ukraynadakı son seçkilər ölkəmizin demokratik və sivil olduğunu göstərdi", - deyə V.Kanevski, Ukraynanın Avropaya inteqrasiya prosesini davam etdirəcəyini söyləyib.

“Ölkəmizin ərazi bütövlüyünü tanımaqda qəti mövqeyinə görə Azərbaycana təşəkkür edirik. Ölkələrimizi dostluq münasibətlərinə söykənən uzun bir tarix bağlayır ", - deyə səfir vurğulayıb.

Diplomat bildirib ki, hər iki ölkəni "bizi güclü edən bir dərd birləşdirir". O, gələcəkdə ərazi bütövlüyünün bərpa olunacağına ümidvar olduğunu bildirdi.

Son xəbərlər

Orphus sistemi