Ukrayna prezidenti GUAM-a üzv ölkələrin hökumət rəhbərləri ilə görüşüb

Ukrayna prezidenti GUAM-a üzv ölkələrin hökumət rəhbərləri ilə görüşüb Poroşenko: "Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır"
Xarici siyasət
27 Mart , 2017 19:41
Ukrayna prezidenti GUAM-a üzv ölkələrin hökumət rəhbərləri ilə görüşüb

Kiyev. 27 mart. REPORT.AZ/ Kiyevdə Ukrayna Prezidenti Pyotr Poroşenko Azərbaycanın, Moldovanın və Gürcüstanın hökumət rəhbərləri ilə görüşüb.

Azərbaycanın bu ölkədəki səfirliyinin mətbuat xidmətindən "Report"un Ukrayna müxbirinə bildirilib ki, Ukrayna prezidenti fürsətdən istifadə edərək, Bakıya sonuncu səfəri zamanı səmimi qəbula görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib.

"Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır. Biz ölkələrimiz arasında, həmçinin GUAM ölkələrinin əməkdaşlığı çərçivəsində mövcud olan münasibətləri bundan sonra da davam etdirmək niyyətindəyik" - Ukrayna prezidenti deyib.

Səfirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, həmçinin Ukrayna Prezidenti Pyotr Poroşenko və Azərbaycan baş nazirinin müavini İsmət Abbasov arasında qapalı görüş keçirilıb. 

Son xəbərlər

Orphus sistemi