Ukrayna prezidenti Bakıya yola düşüb

Ukrayna prezidenti Bakıya yola düşüb Pyotr Poroşenkonun Bakıya səfəri çərçivəsində bir sıra ikitərəfli sazişlər imzalanacaq
Xarici siyasət
13 İyul , 2016 09:58
Ukrayna prezidenti Bakıya yola düşüb

Bakı. 13 iyul. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Bakıya yola düşüb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, Ukraynanın dövlət başçısı Azərbaycan paytaxtına günorta saatlarında çatacaq.

İki günlük səfər çərçivəsində P.Poroşenko azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci iclasını keçirəcək.

Səfər zamanı müxtəlif sahələrdə Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

Səfər proqramına, həmçinin Pyotr Poroşenkonun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də baş nazir Artur Rasi-zadə və Milli Məclisinin spikeri Oqtay Əsədovla fərdi görüşləri də daxildir.

Son xəbərlər

Orphus sistemi