Yuxarı

​Ukrayna prezidenti Azərbaycana səfər edəcək

Səfər cari ilin ikinci yarısına planlaşdırılır

Bakı. 29 aprel. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko cari ilin ikinci yarısında Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan"a müsahibəsində Ukraynanın xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko bildirib.

"Prezident və XİN rəhbərinin Azərbaycana səfəri cari ilin ikinci yarısında baş tutacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, səfər zamanı iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi