Ukrayna azərbaycanlıları jurnalistlərin ölümü ilə bağlı müraciət etdi

Ukrayna azərbaycanlıları jurnalistlərin ölümü ilə bağlı müraciət etdi Ukrayna Azərbaycanlıları Şurası Kəlbəcər rayonunda minanın partlaması nəticəsində həlak olmuş AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və məmur Arif Əliyevin ailələrinə başsağlığı verib.
Xarici siyasət
7 İyun , 2021 13:13
Ukrayna azərbaycanlıları jurnalistlərin ölümü ilə bağlı müraciət etdi

Ukrayna Azərbaycanlıları Şurası Kəlbəcər rayonunda minanın partlaması nəticəsində həlak olmuş AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və məmur Arif Əliyevin ailələrinə başsağlığı verib.

“Report”un məlumatına görə, təşkilatın yaydığı müraciətdə bildirilir:

“Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində işğal dövründə Ermənistan hərbi birləşmələri tərəfindən quraşdırılmış minaların Rusiya, Azərbaycan, Ermənistan liderlərinin atəşkəslə bağlı üçtərəfli bəyanatından sonrakı dövrdə partladılması nəticəsində 120-dən artıq mülki şəxs müxtəlif xəsarətlər alıb, 18 nəfər də həlak olub. Ermənistan Respublikası hökuməti minalanmış ərazilərin xəritəsini təqdim etməkdən boyun qaçırır, beynəlxalq təşkilatlar isə Ermənistan tərəfinin beynəlxalq hüquqi öhdəliklərini pozmasını sükutla qarşılayır. Qərb ölkələrinin liderləri öz mənafeyi naminə Yerevanın hər hansı əxlaq və insanpərvərlikdən uzaq destruktiv əməllərini göz yumduqca Qarabağda günahsız insanlar ölür, Azərbaycan ilə Ermənistan xalqları arasında dayanıqlı sülh və ahəngdar münasibətlərin bərqərar olma ehtimalı isə get-gedə azalır”.

Ukrayna Azərbaycanlıları Şurası Ermənistan hökumətinin qeyri-insani siyasətini qınayaraq beynəlxalq birliyi, bütün aidiyyəti fövqəlmilli qurumlarını Ermənistan hökumətini beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərini yerinə yetirməsinə fəal şəkildə və gecikmədən məcbur etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi