Ufuk Turqaner: Azərbaycan ordusunun zəfəri Kipr türkləri üçün qürur mənbəyidir

Ufuk Turqaner: Azərbaycan ordusunun zəfəri Kipr türkləri üçün qürur mənbəyidir Şanlı Azərbaycan ordusunun və qəhrəman Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşərək qələbə çalması Kipr türkləri üçün də sevinc və qürur mənbəyidir.
Xarici siyasət
22 May , 2024 11:27
Ufuk Turqaner: Azərbaycan ordusunun zəfəri Kipr türkləri üçün qürur mənbəyidir

Şanlı Azərbaycan ordusunun və qəhrəman Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşərək qələbə çalması Kipr türkləri üçün də sevinc və qürur mənbəyidir.

“Report” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şərqi Aralıq dənizinin sülh və sabitliyin hökm sürdüyü coğrafiyaya çevrilməsi üçün bütün tərəflərin hüquq və qanunlara hörmət etməsi vacibdir. Şimali Kipr tərəfi hər zaman Kipr məsələsinin ədalətli, daimi və davamlı həlli üçün səmimi səylər göstərir.

"Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz türk dünyasıdır” kəlamı bugünkü məqamı çox dəqiq şəkildə ortaya qoyur. Türk dünyasının ayrılmaz bir parçası olan Şimali Kipr Türk Cümhuriyyətinə qarşı tətbiq edilən haqsız təcridlərə qarşı türk dünyası ailəsi olaraq birlikdə mübarizə apararaq bizə edilən haqsızlığın qarşısında birgə dura bilərik. Türk dünyasının ayrılmaz bir parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı birliyin həm də Türk Dövlətləri Təşkilatında müşahidəçi üzvlüyümüzlə daha da gücləndiyi göz qabağındadır", - U.Turqaner qeyd edib.

O əlavə edib ki, "Şimali Kipr Türk Respublikasının bayrağı Azərbaycanda bütün tədbirlərdə dalğalanacaq" ifadələri çox önəmli və dəyərlidir: "Prezidentimiz Ersin Tatarın 2023-cü ilin oktyabrında Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü tarixi hadisədir. Cənab Ersin Tatar Bakıda olarkən ən yüksək səviyyədə qarşılandı və dövlət protokolu həyata keçirildi. Sürətlənən əlaqələrimiz aprelin 5-də Azərbaycan Milli Məclisinin tarixi qərarı ilə parlamentlərimiz arasında dostluq qrupunun yaradılması ilə taclandı və Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qrupu bu yaxınlarda ilk rəsmi səfərini ölkəmizə etdi. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, ticarət, turizm, təhsil sahələrində əlaqələrin inkişafında mədəni fəaliyyət mühüm yer tutur. Nümayəndəlik olaraq bu sahələrdə əməkdaşlığa, siyasi əlaqələrə önəm verir və dəstəkləyirik".

Son xəbərlər

Orphus sistemi