TÜRKSOY-un Baş katibi: Təşkilatımız Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlaşır

TÜRKSOY-un Baş katibi: Təşkilatımız Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlaşır TÜRKSOY Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlıq mərhələsindədir.
Xarici siyasət
21 İyun , 2024 13:25
TÜRKSOY-un Baş katibi: Təşkilatımız Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlaşır

TÜRKSOY Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlıq mərhələsindədir.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.

O xatırladıb ki, bir ay sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

"Bu, Türk dünyasının daha da gücləndirilməsi adına çox gözəl təşəbbüsdür. Biz hazırda bu toplantıya hazırlaşırıq”, - deyən Sultan Raev bildirib ki, ICESCO tərəfindən “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı keçiriləcək tədbirlərə TÜRKSOY da qatılacaq: “İyul ayının əvvəllərində Şuşa Qlobal Media Forumu keçiriləcək ki, bu tədbirdə də iştirak üçün hazırlıqlar görürük”.

S.Raev Azərbaycanın TÜRKSOY-un fəaliyyətlərində ən aktiv iştirakçı olduğunu təqdir edib: “Azərbaycan TÜRKSOY-un lokomotivlərindən biridir və təşkilatımızın tədbirlərində fəal iştirak edir”.

TÜRKSOY rəhbəri Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində qurulan Azərbaycan Mədəniyyət Mərkəzi ilə də əməkdaşlıq qurmaq niyyətinin olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi