TÜRKPA rəsmisi: "İnsanlarımızın rifahının yaxşılaşdırılması üçün bir yerdə işləməliyik"

Xarici siyasət
  • 22 aprel, 2022
  • 07:59
TÜRKPA rəsmisi: İnsanlarımızın rifahının yaxşılaşdırılması üçün bir yerdə işləməliyik
Aybek Osmonov

“Biz sosial və humanitar məsələlərdə də bir yerdə olmalıyıq. Pandemiya bütün ölkələrin rifah səviyyəsinə təsir göstərib. Bu, bütün dünyanın problemidir”.

“Report”un xəbərinə görə, bu fikirləri TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, qırğız deputat Aybek Osmonov qurumun bu gün Milli Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında deyib.

Onun sözlərinə görə, türk dövlətlərində insanların rifahının yaxşılaşdırılması üçün bir yerdə işləmək lazımdır: “Ölkəmizdə pandemiya ilə əlaqədar müəyyən problemlər yaranmışdı. Ümid edirəm ki, münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edəcək”.