Yuxarı
    Bağlamaq

    Türkmənistan prezidenti: "Xəzər dənizinin statusu ilə bağlı Konvensiya imzalanmağa hazırdır"

    Dövlət başçısı: Bu proses Xəzəryanı dövlətlərin Qazaxıstanda keçiriləcək növbəti sammitində artıq baş tuta bilər

    Bakı. 21 aprel. REPORT.AZ/ "Xəzər dənizinin statusu ilə bağlı Konvensiya imzalanmaq üçün hazırdır. Bu proses Xəzəryanı dövlətlərin Qazaxıstanda keçiriləcək növbəti sammitində artıq baş tuta bilər".

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Qazaxıstana rəsmi səfəri zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov deyib.

    Qeyd edək ki, bundan əvvəl Rusiya pezidentinin xüsusi nümayəndəsi İqor Bratçikov Xəzəryanı dövlətlərin hamısının ümumi razılığa gəlməsinin və Konvensiyanın yekun varinatı üzrə razılığın əldə olunmasının çox yaxın olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi