Türkiyənin Sarayköy bələdiyyəsi sədri: "Bizim ağır günümüzdə yanımızda oldunuz"

Türkiyənin Sarayköy bələdiyyəsi sədri: "Bizim ağır günümüzdə yanımızda oldunuz" "Bir az əvvəl Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 11 avtomobilini su və yanacaqla təmin etdik".
Xarici siyasət
4 Avqust , 2021 01:40
Türkiyənin Sarayköy bələdiyyəsi sədri: Bizim ağır günümüzdə yanımızda oldunuz
Ahmet Necati Özbaş

"Bir az əvvəl Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 11 avtomobilini su və yanacaqla təmin etdik".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Türkiyənin Sarayköy bölgəsinin bələdiyyə sədri Ahmet Necati Özbaş deyib.

"Biz də burada bir millət iki dövlət anlayışı ilə yüz illərdir olan qardaşlığımızın birləşdiyini gördük. Biz həmişə sizin yanınızda olduq. Qarabağ müharibəsində qəlbimiz sizinlə birgə döyündü. Siz də burada bizim ağır günümüzdə yanımızda oldunuz. Allah sizdən razı olsun! Buradan bütün can Azərbaycan qardaşlarımıza salamlarımızı çatdırırıq", - bələdiyyə sədri bildirib.

Son xəbərlər

Orphus sistemi