Türkiyənin Naxçıvana yeni təyin olunan baş konsulu sənədlərini XİN-ə təqdim edib

Türkiyənin Naxçıvana yeni təyin olunan baş konsulu sənədlərini XİN-ə təqdim edib  
Xarici siyasət
3 Oktyabr , 2018 12:27
Türkiyənin Naxçıvana yeni təyin olunan baş konsulu sənədlərini XİN-ə təqdim edib
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyənin Naxçıvan şəhərinə təyin edilən yeni baş konsulu Mehmet Emin Kirazla görüşüb. 

Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib. 

Baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

P.Mirzəzadə baş konsul Mehmet Emin Kiraza gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi