Türkiyənin Komitə sədri Azərbaycanda səfərdədir

Türkiyənin Komitə sədri Azərbaycanda səfərdədir Komitə direktoru “ADA” Universitetində keçiriləcək “Türkiyə-Azərbaycan münasibətləri” konfransına qatılacaq
Xarici siyasət
2 Noyabr , 2014 22:46
Türkiyənin Komitə sədri Azərbaycanda səfərdədir

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyə Respubikası Xaricdə Yaşayan Türklər və Qohum Xalqlar Komitəsinin sədri (direktoru) Kudret Bülbül Azərbaycanda səfərdədir. “Report” xəbər verir ki, K.Bülbül bu gün Türkiyənin Bakıdakı səfirliyində Azərbaycanda fəaliyyət göstərən türk təşkilatlarının nümayəndələri ilə görüşüb.

Komitə sədri noyabrn 3-də “ADA” Universitetində keçiriləcək “Türkiyə-Azərbaycan münasibətləri” konfransına qatılacaq və orada çıxış edəcək.

Türkiyə rəsmisinin Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Nazim İbrahimov və digər şəxslərlə görüşləri də planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi