Xəzər İbrahim: “Türkiyənin hər yerindən bizi dəstəkləmək üçün səfirliyin qarşısına gəlirlər”

Xəzər İbrahim: “Türkiyənin hər yerindən bizi dəstəkləmək üçün səfirliyin qarşısına gəlirlər” “Türkiyənin hər yerindən  Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısına ölkəmizi dəstəkləmək üçün gəlirlər”.  
Xarici siyasət
803
16 İyul , 2020 15:52
Xəzər İbrahim: “Türkiyənin hər yerindən bizi dəstəkləmək üçün səfirliyin qarşısına gəlirlər”
 Xəzər İbrahim

“Türkiyənin hər yerindən Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısına ölkəmizi dəstəkləmək üçün gəlirlər”.  

“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Səfirin sözlərinə görə, onlar Azərbaycan bayrağı ilə öz dəstəklərini ifadə edirlər:

“Bu, qardaşlığın ən gözəl nümunəsidir. Ermənistanın Azərbaycana təxribatının başladığı bu günlərdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlüd Çavuşoğlu da  Azərbaycana dəstəyini ifadə ediblər”.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar. Hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, mülki əhali həlak olub, yaralananlar var.