Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümü ilə əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım mərasimi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Zeki Öztürk bildirib ki, dahi şəxsiyyət Mustafa Kamal Atatürkün apardığı islahatlar nəticəsində ölkə sürətlə inkişaf edib: "Bu gün Türk xalqı böyük Atatürkün miras qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirirlər. Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində də böyük iz buraxıb. Atatürkün hələ o zamanlar dediyi "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözləri bu iki dövlətin bir-birinə olan qardaşlıq əlaqələrini daha da möhkəmləndirib".
Sonda Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş videoçarx izlənilib.
Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümü ilə əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım mərasimi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, yerli rəsmilər, şəhər ziyalıları və bu şəhərdə təhsil alan türkiyəli tələbələr və iş adamları iştirak ediblər.
Çıxışçılar Atatürkün həyatından söhbət açıb, onu rəhmətlə yad etdiklərini vurğulayıblar.
Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib. Cənazəsi noyabrın 21-də müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, Mavzoleyin inşasından sonra 1953-cü il noyabrın 10-da oraya köçürülüb.