Türkiyənin baş naziri: "Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik"

Türkiyənin baş naziri: "Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik" Binəli Yıldırım Azərbaycan Prezidentinə başsağlığı verib
Xarici siyasət
2 Mart , 2018 19:41
Türkiyənin baş naziri: Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik
Reuters/Umit Bektas

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib. 

"Report"un məlumatına görə, mətndə deyilir:  

"Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım. Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Fürsətdən istifadə edib Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi