Bakı. 10 dekabr. REPORT.AZ/ Türkiyənin Gəncədəki baş konsulu Orxan İşık Azərbaycanın şimal-qərb regionlarına səfər edib.
Baş Konsulluqdan "Report"a bildiriblər ki, O.İşık əvvəlcə Şəki ipək istehsalı fabrikində olub və ipək məmulatların istehsal prosesi ilə tanış olub.
Daha sonra baş konsul Balakən rayonuna gedib, burada Mazımçay keçid məntəqəsində olub və orada yaradılmış şəraitlə tanış olub, məntəqənin rəhbərliyi ilə görüş keçirib. О.İşık həmçinin vətəndaşların problemləri ilə maraqlanıb.

