Naxçıvanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanan ünvan açıqlanıb

Naxçıvanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanan ünvan açıqlanıb Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkənlərə yardımla bağlı muxtar respublika sakinlərinə müraciət edib.
Xarici siyasət
7 Fevral , 2023 11:22
Naxçıvanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanan ünvan açıqlanıb

Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkənlərə yardımla bağlı muxtar respublika sakinlərinə müraciət edib.

Diplomatik nümayəndəlikdən "Report"un yerli bürosuna bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər.

Zəlzələ bölgəsində ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.

Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.

Yardımlar Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17 ünvanında toplanır.

Son xəbərlər

Orphus sistemi