Yuxarı
    Bağlamaq

    ​Türkiyənin Azərbaycandakı səfirliyində Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı kitabı açılıb - FOTO

    Doqquzuncu prezident 91 yaşında dünyasını dəyişib

    Bakı. 18 iyun. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyində bu ölkənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı kitabı açılıb. Bu barədə “Report”a səfirlikdən məlumat verilib.

    Başsağlığı dəftəri bu gün və sabah saat 10:00-dan 12:00-dək və 14:00-dan 17:00-dək açıq olacaq.

    Eyni zamanda səfirliyin ərazisində dalğalanan Türkiyə bayraqları matəmə görə yarıya endirilib.  

    Qeyd edək ki, Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl dünən Ankara xəstəxanasında 91 yaşında dünyasını dəyişib.

    S.Dəmirəl 1993-2000-ci illərdə prezident postunu  tutub. Ondan əvvəl 5 dəfə Türkiyənin baş naziri vəzifəsinə seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi