Türkiyənin Azərbaycandakı səfiri: “Bayramı qardaş ölkənin paytaxtı Bakıda qeyd edirik”

Türkiyənin Azərbaycandakı səfiri: “Bayramı qardaş ölkənin paytaxtı Bakıda qeyd edirik” Bakıda Türkiyənin 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 101-ci ildönümü qeyd olunub
Xarici siyasət
23 Aprel , 2021 14:49
Türkiyənin Azərbaycandakı səfiri: “Bayramı qardaş ölkənin paytaxtı Bakıda qeyd edirik”
Cahit Bağçı
0 : 00
0 : 00

Bakıda Türkiyənin 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 101-ci ildönümü qeyd olunub.

“Report” xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə qardaş ölkənin yeni səfiri Cahit Bağçı diplomatik nümayəndəliyin əməkdaşları, eləcə də Bakı Türk Məktəbinin azərbaycanlı və türkiyəli şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən səfir hər kəsi bayram münasibəti ilə təbrik edib: “Bayramı qardaş ölkənin paytaxtı Bakıda gələcəyimizin təminatçısı olan uşaqlarla birlikdə qeyd edirik. Ulu öndər Mustafa Kamal Atatürkün dediyi kimi hakimiyyət qeyri-şərstiz xalqa məxsusdur”.

Səfirin çıxışından sonra Bakı Türk Məktəbinin şagirdləri müxtəlif şeirlər söyləyiblər. Eyni zamanda Bakı Türk Anadolu liseyinin 2-ci sinif şagirdi Samirə İsmayılova Türkiyənin milli himnini səsləndirib.

Tədbirin davamında səfir uşaqları xidməti iş otağına aparıb və kreslosunu müvəqqəti olaraq onlara həvalə edib.

Son xəbərlər

Orphus sistemi