Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib Səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra diplomatik fəaliyyətə başlayacaq
Xarici siyasət
10 Oktyabr , 2016 22:00
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral Bakıya gəlib.

"Report" xəbər verir ki, səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra diplomatik fəaliyyətə başlayacaq.

E.Özoral bu postda fəaliyyətini Türkiyə Xarici İşlər Nazirliyində davam etdirəcək İsmayıl Alper Coşqunu əvəz edəcək.

Xatırladaq ki, E.Özoral buna qədər Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın müavini qismində Bakıda çalışıb.

Son xəbərlər

Orphus sistemi