TBMM-nin deputatı: “Haqq savaşında Azərbaycanın dəstəkçisiyəm”

TBMM-nin deputatı: “Haqq savaşında Azərbaycanın dəstəkçisiyəm” Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq məsələsində Azərbaycanı dəstəklədiyini bildirib.
Xarici siyasət
5 Dekabr , 2023 11:32
TBMM-nin deputatı: “Haqq savaşında Azərbaycanın dəstəkçisiyəm”

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq məsələsində Azərbaycanı dəstəklədiyini bildirib.

“Report” xəbər verir ki, bunu o, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə edib.

“Bu coğrafiyada parıldayan Azərbaycanın Prezidenti İlham Əliyev bəyan etdi ki, Qərbi azərbaycanlılar yurdlarına qayıtmalıdır. Mən də bu haqq savaşında Azərbaycanın dəstəkçisiyəm”, - deyə Ş.Ayrım əlavə edib.

TBMM üzvü vurğulayıb ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, ordusu, siyasətçiləri, xalqı ilə güclü bir Azərbaycandır:

“Azərbaycan türkləri bu torpaqlarda çox əziyyət çəkib, onların qəbirləri, mədəniyyət ocaqları yox edilib. Bu gün isə biz şükür edirik ki, Azərbaycan torpaqlarını bərpa edib”.

Son xəbərlər

Orphus sistemi